ARDNF ötən ay valyuta satışını 7,6% azaldıb, yanvar-oktyabrda 19,4% artırıb

ARDNF ötən ay valyuta satışını 7,6% azaldıb, yanvar-oktyabrda 19,4% artırıb
# 02 noyabr 2020 13:22 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2020-ci ilin oktyabr ayı ərzində 560,3 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

"APA-Economics" bu barədə Dövlət Neft Fonduna istinadən xəbər verir.

Məlumata əsasən, oktyabrda valyuta satışında sentyabr ayı ilə müqayisədə 7,6% azalma qeydə alınıb. Belə ki, 2020-ci ilin sentyabrında ARDNF tərəfindən 606,4 mln. dollar məbləğində vəsait satılıb. Ötən ilin oktyabr ayı ilə müqayisədə isə bu göstərici 14,4% azalıb.

Bundan başqa, bu ilin yanvar-oktyabr aylarında ARDNF tərəfindən 6 170,4 mln. dollar məbləğində vəsait satılıb ki, bu da illik ifadədə 19,4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR