Avrozonada pərakəndə satışlar sentyabrda 2% azalıb

Avrozonada pərakəndə satışlar sentyabrda 2% azalıb
# 05 noyabr 2020 15:15 (UTC +04:00)

Sentyabr ayında Avrozonada pərakəndə satışların həcmi avqust ayına nisbətdə 2% azalıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Avropa Statistika Agentliyinin hesabatında deyilir.

Analitiklər bu rəqəmin aylıq olaraq yalnız 1% azaldığını hesab edir.

Eyni zamanda, agentlik tərəfindən avqust üzrə artım göstəriciləri 4,4%-dən 4,2%-ə korrektə edilib.

Hesabat ayında Avrozonada illik satış həcmi 2,2% artıb, halbuki analitiklər 2,8%-lik artım gözləyirdi. Avropa İttifaqında (Aİ) sentyabr ayında pərakəndə satışlar avqust ayına nisbətən 1,7%, illik hesablamada isə 2,1% artıb.

Sentyabrda illik ifadədə satışların daha çox azalması Malta (-12,2%), Sloveniya (-6,9%) və Bolqarıstanda (-6,7%) qeydə alınıb. Ən böyük artım isə İrlandiya (+11,5%), Litva (+6,2%), Latviya və Slovakiyada (hər birində +5,9%) müşahidə olunub. Sentyabr ayında Avrozonada qida və tütün məhsullarının satışları illik ifadədə 2,9%, Aİ-də isə 2,4% artıb. Avro zonasında qeyri-ərzaq məhsullarının pərakəndə satışları illik ifadədə 2,6%, Aİ-də isə 2,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR