Azərbaycan Bank Tədris Mərkəzi üzbəüz təlimləri bərpa edib

Azərbaycan Bank Tədris Mərkəzi üzbəüz təlimləri bərpa edib
# 01 sentyabr 2020 14:43 (UTC +04:00)

Bu gündən etibarən Azərbaycan Banklar Assosiasiyasının (ABA) törəmə qurumu kimi 20 ildir fəaliyyət göstərən Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) üzbəüz təlimləri bərpa edib.

ABA-dan "APA-Economics"ə verilən məlumata görə, Mərkəz pandemiya səbəbindən 2020-ci ilin aprelindən etibarən tətbiq edilən sərt karantin dövründə də fəaliyyətini davam etdirib və bütün xidmətlərini aprel ayından onlayn formada təqdim etməyə başlayıb.

"ABTC Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq, 1 sentyabrdan etibarən xidmətlərini həm onlayn, həm də üzbəüz davam etdirir", - deyə Mərkəzdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR