Bu ilin yanvar-fevral ayında "Azərkosmos" ASC tərəfindən dünyanın 22 ölkəsinə 8,4 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya və optik peyk xidmətləri) ixrac edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib. “Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Almaniyadır.