İspaniyada işsizlik səviyyəsi 15%-i keçib

İspaniyada işsizlik səviyyəsi 15%-i keçib
# 28 iyul 2020 12:10 (UTC +04:00)

Bu ilin II rübündə COVID-19 pandemiyasının fonunda İspaniyada işsizlik 15,3%-ə çatıb. Bu, 2018-ci ilin I rübündən bəri ən yüksək göstəricidir.

"APA-Economics"in “Reuters”ə istinadən verdiyi məlumata görə, təkcə 2020-ci ilin II rübündə işsizlərin sayı 0,9% artıb. Qeyd edilir ki, hazırki göstəricilər reallığı tam əks etdirmir və məşğul olmayan əhalinin sayı daha çoxdur.

Xatırladaq ki, “Reuters” tərəfindən iqtisadçılar arasında aparılan sorğunun nəticələrinə əsasən, İspaniyada bu ilin II rübündə işsizliyin 16,7% səviyyəsində olması proqnozlaşdırılırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR