ABB-nin Müşahidə Şurası və İdarə Heyətinin birgə görüşü keçirilib

ABB-nin Müşahidə Şurası və İdarə Heyətinin birgə görüşü keçirilib
# 04 noyabr 2021 09:40 (UTC +04:00)

ABB-nin Müşahidə Şurasının yeni tərkibdə ilk görüşü olub. İdarə Heyəti ilə birgə keçirilən görüşdə Müşahidə Şurasının sədri Şahmar Mövsümov Şuranın iki yeni üzvünü – Mətin Eynullayevi və Fəxri İsmayılovu təqdim edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, görüşdə Müşahidə Şurasının keçmiş üzvləri Rüstəm Şahbazov və Səidə Bayramova da iştirak edib. Şuranın sədri onlara təşəkkürünü bildirib, sabiq üzvlərə illər ərzində göstərdikləri səmərəli fəaliyyətə görə ABB adından plaket təqdim edilib.

Daha sonra Müşahidə Şurasının üzvlərinə “ABB-nin korporativ kimliyi” təqdimatı edilib və Bankın fəaliyyətinə həsr edilmiş video çarxlar nümayiş etdirilib.

Xatırladaq ki, ABB ASC-nin səhmdarlarının 25 oktyabr 2021-ci il tarixində keçirilmiş növdəbənkənar ümumi yığıncağında ABB-nin Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. Şahmar Mövsümov, Emin Hüseynov, Xalid Əhədov, Mətin Eynullayev, Fəxri İsmayılov ABB-nin Müşahidə Şurasının üzvləri seçilib. ABB səhmdarlarının ümumi yığıncağında Şahmar Mövsümov yenidən Bankın Müşahidə Şurasının sədri təyin edilib. Yığıncaqda ABB-nin İdarə Heyəti sədrinin təyinatı məsələsinə də baxılıb. Abbas İbrahimov yenidən Bankın İdarə Heyətinin sədri təyin edilib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR