ABŞ banklarının xalis mənfəəti II rübdə 4 dəfəyədək artıb

ABŞ banklarının xalis mənfəəti II rübdə 4 dəfəyədək artıb
# 09 sentyabr 2021 15:04 (UTC +04:00)

Bu ilin II rübündə ABŞ banklarının məcmu xalis mənfəəti illik müqayisədə 3,8 dəfə artaraq 70,4 mlrd. dollar təşkil edib.

"APA-Economics"in ABŞ-ın Əmanətlərin Sığortalanması üzrə Federal Korporasiyasına (FDIC) istinadən verdiyi məlumata görə, buna baxmayaraq, bank sektorunun 5 minə yaxın iştirakçısının bu göstəricisi cari ilin I rübü ilə müqayisədə 8,3% azalıb.

İllik artım, ardıcıl iki rüb davam edən ehtiyatların sərbəst buraxılması da daxil olmaqla, iqtisadi artımın davam etməsi və kredit şərtlərinin yaxşılaşması ilə əlaqələndirilir. Beləliklə, tam dəyərsizləşmiş kreditlər üzrə zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatın həcmi illik müqayisədə 117% azalıb.

FDIC qeyd edir ki, ABŞ-ın bank sektorunun kredit portfeli son bir ildə 133,9 mlrd. dollar və ya 1,2% azalıb. Problemli bankların sayı isə son 14 ilin ən aşağı səviyyəsinə – 51-ə enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR