ABŞ-ın büdcə kəsiri 11% azalıb

ABŞ-ın büdcə kəsiri 11% azalıb
# 25 oktyabr 2021 12:42 (UTC +04:00)

Bu ilin 30 sentyabr tarixində başa çatan 2021-ci maliyyə ilinin nəticələrinə görə, ABŞ dövlət büdcəsinin mənfi saldosu 11% azalaraq 2 772,179 mlrd. dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

Bununla belə, büdcə kəsirinin həcmi 2020-ci maliyyə ilində qeydə alınan 3 trln. dollardan çox olan rekord defisitdən sonra tarixdə ikinci ən böyük göstərici oldu.

"The Wall Street Journal" qeyd edir ki, pandemiyanın başlanmasından əvvəl ən böyük kəsir ölkənin qlobal maliyyə böhranından çıxdığı 2009-cu maliyyə ilində qeydə alınıb, o zaman bu göstərici 1,4 mlrd. dollar təşkil edib.

Xatırladaq ki, 2021-ci maliyyə büdcəsi kəsiri bir il əvvəlki ÜDM-in 15%-dən 12,4%-nə düşüb, bu da 1945-ci ildən bəri ən yüksək göstəricidir.

ABŞ-ın ötən maliyyə ilində büdcə xərcləri 4,1% artaraq rekord həddə – 6,818 trln. dollara çatıb. Bununla belə, büdcə gəlirləri 18,3% artaraq 4,049 trln. dollar təşkil edib. Buna təkmilləşən iqtisadiyyat və artan korporativ mənfəət, həmçinin COVID-19 pandemiyasının əvvəlində işini itirmiş milyonlarla amerikalının işlərinə qayıtması səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR