ABŞ-ın ticarət kəsiri avqustda 73,3 mlrd. dollaradək artıb

ABŞ-ın ticarət kəsiri avqustda 73,3 mlrd. dollaradək artıb
# 05 oktyabr 2021 17:33 (UTC +04:00)

Bu ilin avqust ayında ABŞ-ın ticarət kəsiri iyul ayının korrektə edilmiş rəqəmi ilə müqayisədə 3 mlrd. dollar və ya 4,2% artaraq 73,3 mlrd. dollara yüksəlib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ Ticarət Departamentinin İqtisadi Analiz Bürosunun açıqlamasında deyilir.

Bundan əvvəl, "DailyFX"ə müsahibə verən analitiklər avqustda ticarət kəsirinin iyuldakı 70,1 mlrd. dollardan 70,5 mlrd. dollara yüksəldiyini düşünürdü. İyul ayı üzrə yenidən baxılan rəqəm 70,3 mlrd. dollar idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR