ABŞ Konqresi dövlət borcunun limitinin 480 mlrd. dollar artırılmasını təsdiqləyib

ABŞ Konqresi dövlət borcunun limitinin 480 mlrd. dollar artırılmasını təsdiqləyib
# 13 oktyabr 2021 13:59 (UTC +04:00)

Demokratların nəzarətində olan ABŞ Nümayəndələr Palatası Maliyyə Departamentinin dekabrın 3-dək xərcləri qarşılayacaq dövlət borcunun yuxarı limitinin artırılmasını təsdiqlədi. Limit 480 mlrd. dollar artırılacaq.

"APA-Economics" xarici mətbuata istinadən verdiyi məlumata görə, ötən həftə analoji təşəbbüs ABŞ Senatı tərəfindən göstərilib. Layihə imzalanmaq üçün Prezident Co Baydenə göndəriləcək.

Bundan öncə Bayden bu məsələnin gecikdirilməsinin dolların dünyanın ehtiyat valyutası statusuna da zərər verəcəyini bildirmişdi.

Xatırladaq ki, dövlət borcunun limitinin artırılması ABŞ-ın ümumi dövlət borcumu təxminən 28,9 trln. dollara çatdıracaq.

Partiyaların dövlət borcunun yuxarı limitinin artırılması barədə razılığa gəlməsə idilər, ABŞ-da maliyyə böhranı baş verə bilərdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR