ABŞ Senatı dövlət borcunun limitinin 480 mlrd. dollar artırılmasını təsdiqləyib

ABŞ Senatının inzibati binası

© APA | ABŞ Senatının inzibati binası

# 08 oktyabr 2021 10:08 (UTC +04:00)

ABŞ Senatı 2021-ci ilin dekabr ayına qədər dövlət borcunun tavanının artırılmasını təsdiqləyib. Limit 480 mlrd. dollar artırılacaq. 50 senator bu qərarı dəstəkləyib, 48-i əleyhinə səs verib.

"APA-Economics" bu barədə "Reuters"ə istinadən xəbər verir.

Sözügedən təşəbbüs ABŞ Nümayəndələr Palatası tərəfindən təsdiqlənməlidir, bundan sonra layihə imzalanmaq üçün Prezidentə göndəriləcək.

Xatırladaq ki, cari ilin iyul ayının sonuna olan məlumata görə, ABŞ-ın dövlət borcu təxminən 28,5 trln. dollar təşkil edib. ABŞ Maliyyə Nazirliyi dövlət borcunun tavanının qaldırılmayacağı təqdirdə, ölkənin defolt riski ilə üzləşə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Prezident Co Bayden bu məsələnin gecikdirilməsinin dolların dünyanın ehtiyat valyutası statusuna da zərər verəcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR