ADIF-in risklərin idarə edilməsi departamentinə direktor təyin edilib

Cəlal Rayi

© APA | Cəlal Rayi

# 06 iyul 2021 14:12 (UTC +04:00)

Cəlal Rayi Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Risklərin idarə edilməsi və investisiya departamentinin direktoru vəzifəsinə təyin edilib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, C. Rayi 2005-2009-cu illərdə Hindistanın Banqalor Universitetinin biznesin idarə olunması ixtisasını bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib.

2015-2017-ci illərdə isə ADA Universitetində və Niderlandın Magistr İdarəetmə Məktəbində biznesin idarə olunması ixtisası üzrə xüsusi magistr dərəcəsini bitirib.

Əlavə olaraq, C. Rayi 2018-ci ildə dünyaca məşhur Qlobal Risk Peşəkarları Birliyi İnstitutunun maliyyə riskinin idarə edilməsi ixtisası üzrə sertifikatına sahib olub.

C. Rayi 2012-ci ildən bu günədək həm özəl, həm də dövlət təşkilatlarında peşəkar mütəxəssis kimi çalışıb. Son təyinata qədər isə o, "XalqBank" ASC-nin Risklərin idarə edilməsi departamentində mütəxəssis kimi fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR