ADIF rebrendinq keçirib

ADIF rebrendinq keçirib
# 29 oktyabr 2021 10:27 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu (ADIF) rebrendinq keçirib.

"APA-Economics" xəbər verir ki, rebrendinq çərçivəsində yenilənən loqo əmanətlərin daha effektiv sığortalanmasını və Fondun güclü idarəetməsini əks etdirməklə, milli ornamentlərdən istifadə olunmaqla xüsusi obraz yaradılması məqsədi daşıyır.

Yeni loqoda müvafiq olaraq açıq və tünd göy rəngli qalxanlar rasionallıq və korporativliyi simvolizə edir. Bu qalxanların birləşməsindən isə Azərbaycan Respublikasının dövlət rəmzlərindən olan səkkizguşəli ulduz formalaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR