ADY-nin cəmi aktivləri ötən il 6%-dək artıb

ADY-nin cəmi aktivləri ötən il 6%-dək artıb
# 24 noyabr 2021 13:59 (UTC +04:00)

Ötən ili "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) cari aktivləri 4 820,551 min manat təşkil edib ki, bu da illik müqayisədə 5,8% çoxdur.

Bu barədə "APA-Economics" ADY-nin 31 dekabr 2020-ci il tarixinə olan konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 31 dekabr 2019-cu il tarixinə ADY-nin cari aktivləri 4 556,597 min manat təşkil edirdi.

Ötən il ADY-nin cəmi aktivləri 5 145,529 min manat təşkil edib ki, bu da illik müqayisədə 5,9% çoxdur.

Hesabat tarixinə (31 dekabr 2020-ci il) QSC-nin cəmi öhdəlikləri 2 995,632 min manat olub ki, bu da illik müqayisədə 0,56% çoxdur.

Qeyd olunur ki, sözügedən göstərici 31 dekabr 2019-cu il tarixinə 2 978,916 min manat səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR