Agentlik: Ambulator şəraitdə yazılan reseptlərdəki dərmanlar xidmətlər zərfinə daxil deyil

Agentlik: Ambulator şəraitdə yazılan reseptlərdəki dərmanlar xidmətlər zərfinə daxil deyil
# 08 dekabr 2021 16:37 (UTC +04:00)

“İcbari tibbi sığortanın tətbiqinin ölkə üzrə aprel ayından tətbiqinə başlanılsa da xidmətlər zərfi çərçivəsində xidmətlərdən necə yararlanacağı bilinmir”.

APA-nın məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Facebook" səhifəsində "Tibbi sığorta saatı"nda Tibbi iddialar departamentinin koordinatoru Səbinə Quliyeva deyib.

O bildirib ki, bunun üçün vətəndaşlar ilk olaraq ailə həkimini seçməlidir: “Özəl tibb müəsisələrinə göndərişlər olmadan xidmətlər zərfi çərçivəsində xidmətlərdən istifadə etmək mümkün deyil”.

S. Quliyeva xidmətlər zərfinə daxil olmayan xidmətlərə də münasibət bildirib: “2550 sayda tibbi xidmət Xidmətlər zərfinə daxildir. Xidmətlər zərfinə daxil olmayan tibbi xidmətlərdən isə vətəndaşların öz ödənişi hesabına istifadə edə bilər. Ambulator şəraitdə yazılan reseptlərdəki dərmanların qarşılanması hələ ki xidmətlər zərfinə daxil deyil".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR