"Airbus" III rübü 404 mln. avroluq xalis mənfəətlə başa vurub

"Airbus" III rübü 404 mln. avroluq xalis mənfəətlə başa vurub
# 28 oktyabr 2021 14:32 (UTC +04:00)

Avropanın aerokosmik korporasiyası "Airbus SE" bu ilin III rübünü bir il əvvəlki 767 mln. avro xalis zərərə qarşı 404 mln. avro xalis mənfəətlə başa vurub.

"APA-Economics"in məlumatına görə, bu barədə korporasiyanın maliyyə hesabatında deyilir.

Bununla yanaşı, korporasiyanın hesabat dövründəki gəlirləri 6% azalaraq 10,52 mlrd. avro təşkil edib. Bu, müştərilərə təhvil verilmiş təyyarələrin sayının bir il əvvəlki 145 vahiddən 127-dək azalması ilə əlaqədardır.

Şirkətin daha əhəmiyyətli göstərici hesab etdiyi faiz və vergilərdən əvvəl korrektə edilmiş mənfəəti (EBIT) III rübdə 19% azalaraq 666 mln. avroya düşüb.

"Airbus" bu il müştərilərə 600 təyyarənin çatdırılmasını planlaşdırır.

Xatırladaq ki, "Airbus" dünyanın ən böyük aerokosmik və müdafiə sənayesi şirkətlərindən biridir. Şirkət sərnişin təyyarələrinin istehsalı ilə məşğul olan "Airbus SAS", "Defence and Space" və "Airbus Helicopters" bölmələrindən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR