Almaniya "Telegram"ı 55 mln. avro cərimələyə bilər

Almaniya "Telegram"ı 55 mln. avro cərimələyə bilər
# 12 iyun 2021 17:07 (UTC +04:00)

Almaniyada "Telegram" messencerini dövlət xidmətləri ilə əlaqə quracaq əlaqəli şəxsin olmaması və qanuna zidd məzmuna qarşı mübarizə üçün lazımi tədbirlərin görülməməsi səbəbindən 55 mln. avroyadək cərimə oluna bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə " Spiegel" nəşri yazır.

Məlumata görə, Almaniyanın Federal Ədliyyə Nazirliyi "Telegram"dan qanuna tabe olmasını, platformanın ölkə hökuməti üçün əlçatan olmasını, cinayət məzmununu dərhal silməsini və istifadəçi məlumatlarını istintaqçılara aktiv şəkildə ötürməsini tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR