Almaniyada ötən ay istehsalçı qiymətlərində 1974-cü ildən bəri ən yüksək artım qeydə alınıb

Almaniyada ötən ay istehsalçı qiymətlərində 1974-cü ildən bəri ən yüksək artım qeydə alınıb
# 20 sentyabr 2021 14:13 (UTC +04:00)

Bu ilin avqust ayında Almaniyada istehsalçı qiymətləri 12% artıb. Bu, 1974-cü ilin dekabrından bəri ən yüksək sıçrayış hesab olunur.

"APA-Economics" xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsinin ("Destatis") açıqlamasında deyilir.

İyul ayında istehsalçı qiymətlərinin artımı 10,4%-dək sürətlənmişdi. Avqustda isə mütəxəssislər orta hesabla 11,4% bahalaşma gözləyirdi.

İstehsalçı qiymətlərində kəskin sıçrayış həm COVID-19 pandemiyası səbəbindən Almaniyada karantin rejiminin tətbiq edildiyi keçən ilin aşağı bazasından və dünya iqtisadiyyatının koronavirusun nəticələrindən sürətlə sağalmasından qaynaqlanır.

Avqust ayında enerjinin maya dəyəri əvvəlki illə müqayisədə 24%, aralıq mallar – 17,1%, uzunmüddətli istehlak malları – 2,8%, əsas mallar – 2,4%, adi istehlak malları isə 2,1% bahalaşıb.

İyul ayı ilə müqayisədə avqustda istehsalçı qiymətlərində artım 1,5% (iyul ayında 1,9%) təşkil edib, halbuki ekspertlər 0,8%-lik artım gözləyirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR