Altı ayda bank kartları ilə əməliyyatların 72%-ni nağdlaşdırma təşkil edib

Altı ayda bank kartları ilə əməliyyatların 72%-ni nağdlaşdırma təşkil edib
# 02 avqust 2021 17:45 (UTC +04:00)

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda dövriyyədə olan kredit və debet kartları (10,051 mln. ədəd) ilə 16,392 mlrd. manat həcmində əməliyyatlar həyata keçirilib və həmin əməliyyatların 15,625 mlrd. manatı ölkə daxilində olub.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalara görə, sözügedən ölkədaxili əməliyyatların (15,625 mlrd. manat) 72,4%-i və ya 11,312 mlrd. manatı nağd pulun çıxarılmasının payına düşüb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 6,1 faiz bəndi azdır. Yanvar-iyun aylarında əhali ATM-lər vasitəsilə 10,854 mlrd. manat, POS-terminallar vasitəsilə isə 458 mln. manat nağdlaşdırıblar.

Qeyd edək ki, qalan 4,313 mlrd. manat isə ölkə daxilində debet və kredit kartları vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin payına düşüb. Sözügedən nağdsız ödənişlərin 257 mln. manatı ATM-lər vasitəsilə, 1,764 mlrd. manatı POS-terminallar vasitəsilə, 2,292 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR