AMB açıq bankçılıq sahəsində yol xəritəsi hazırlayıb

Fərid Osmanov

© APA | Fərid Osmanov

# 08 dekabr 2021 14:40 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) açıq bankçılıq sahəsində dünya təcrübəsini öyrənir. Bu il sözügedən istiqamətdə yol xəritəsi hazırlanıb və Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilib.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMB-nin baş direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən hazırlanan "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanun məhz açıq bankçılıq prinsiplərini dəstəkləyir.

"Bu istiqamətdə Mərkəzi Bank açıq bankçılıq, açıq APİ texnologiyalarının dəstəkləməsi üzrə müvafiq standartların, təhlükəsizlik və texniki standartların hazırlanmasını düşünür", - deyə F. Osmanov qeyd edib.

Qeyd edək ki, açıq bankçılıq maliyyə sektorunda açıq API-lərdən istifadə edən konsepsiyadır. Açıq bankçılıq üçüncü tərəf tərtibatçılarına maliyyə institutları üçün xidmətlər və proqramlar yaratmağa imkan verir, bank qurumlarının hesab sahibləri üçün maliyyə şəffaflığı imkanlarını genişləndirir, müştəri haqqında onun razılığı ilə məlumat mübadiləsini qurmağa və ona şəxsi təkliflər formalaşdırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR