AMB: Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-in 100%-ni üstələyir

AMB: Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-in 100%-ni üstələyir
# 10 noyabr 2021 17:13 (UTC +04:00)

Bu ilin doqquz ayının sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 41 aylıq mal və xidmət idxalına kifayət edəcək səviyyədə olub (2021-ci ilin 6 ayı üzrə mal və xidmət idxalı götürülməklə).

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasətinə dair yanvar-sentyabr hesabatında bildirilir. AMB-yə görə, ölkənin strateji valyuta ehtiyatları illik ÜDM-in 100%-ni üstələyir.

Qeyd edək ki, faiz dəhlizinin parametrlərinə dair son onlayn mətbuat konfransında çıxış edən bankın sədri Elman Rüstəmov bildirmişdi ki, Azərbaycanını strateji valyuta ehtiyatları cari ilin yanvar-sentyabr aylarında 3,4% və ya 1,7 mlrd. ABŞ dolları artaraq 52,5 mlrd. dollara çatıb.

Xatırladaq ki, ölkənin strateji valyuta ehtiyatları AMB-nin rəsmi valyuta ehtiyatları və Azərbaycan Dövlət Neft Fondunun məcmusudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR