AMB: Builki inflyasiya 7-7,5% səviyyəsində gözlənilir

AMB: Builki inflyasiya 7-7,5% səviyyəsində gözlənilir
# 17 sentyabr 2021 18:03 (UTC +04:00)

Əsasən xarici və daxili xərc amillərinin təsiri nəzərə alınmaqla sentyabrda 2021-ci ilin sonuna inflyasiya proqnozu yüksəlmə istiqamətində təshih edilib.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.

Məlumata görə, proqnozlara görə cari ildə orta illik inflyasiya 5,4-5,8%, illik inflyasiya isə 7-7,5% səviyyəsində gözlənilir. 2022-ci ildə isə illik inflyasiyanın 4-5% səviyyəsində olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2020-ci ildə inflyasiya cəmi 2,8% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR