AMB-nin sədri: AİH-ə daxil olan şirkətlər tələblərini öz kapitalı hesabına həll edə biləcəklər

Elman Rüstəmov, Mərkəzi Bankın sədri

© APA | Elman Rüstəmov, Mərkəzi Bankın sədri

# 16 noyabr 2021 12:45 (UTC +04:00)

“İstanbul Birjası və Bakı Fond Birjası (BFB) arasında razılaşma var ki, İstanbul birjasında olan qiymətli kağızların Azərbaycan birjasında yerləşdirilməsi və əksinə edilməsi üçün əməkdaşlıq edək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

AMB sədri bildirib ki, Azərbaycan İnvestisiya Holdinqi tərəfindən keçirilən islahatlar artıq sürətləndirilib: “Bu da imkan verəcək ki, bu holdinqə daxil olan şirkətlər büdcəyə üz tutmadan tələblərini öz kapitalı hesabına həll etsinlər”.

AMB sədri qeyd edib ki, önümzdə olduqca geniş strateji üfüqlər var: “Zəfərdən sonra bizim əsas işimiz maliyyə potensialımızla xalqımızın rifah halının yüksəldilməsinə çalışaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR