AMB: Sığorta sektorunda vətəndaş yönümlü bir çox dəyişikliklər olacaq

AMB: Sığorta sektorunda vətəndaş yönümlü bir çox dəyişikliklər olacaq
# 30 noyabr 2021 10:15 (UTC +04:00)

Azərbaycanın sığorta sektorunda vətəndaş yönümlü bir çox dəyişikliklər ediləcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov bildirib.

Onun sözlərinə görə, vətəndaşların hüquqlarının qorunması istiqamətində, ümumiyyətlə, mexanizmin özündə böyük dəyişikliklər olacaq və bura zərərlərin qiymətləndirilməsinin birbaşa tənzimlənməsi mexanizmi də aiddir.

"Bu, o deməkdir ki, sığortalı özünün hansı sığorta şirkətindən sığorta şəhadətnaməsi alıbsa, zərəri o ödəyəcək, zərər vuran tərəf yox. Bununla da sığorta xidmətinin səviyyəsi artacaq", - AMB rəsmisi bildirib.

V. Qurbanov əlavə edib ki, sözügedən qiymətləndirmədə müstəqil ekspertlərin iştirakı ilə nəzərdə tutulur və gələcəkdə müstəqil ekspertlər institutunun yaradılması planlaşdırılır.

V. Qurbanov onu da bildirib ki, dəyişikliklər icra olunmamışdan əvvəl AMB tərəfindən hərtərəfli təhlillər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR