AMB sterilizasiya əməliyyatlarını aktivləşdirəcək

AMB sterilizasiya əməliyyatlarını aktivləşdirəcək
# 29 oktyabr 2021 12:32 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) pul bazasının genişlənməsinin qarşını almaq üçün ilin sonuna sterilizasiya əməliyyatlarını aktivləşdirməyi nəzərdə tutur.

"APA-Economics"in məlumatına görə, bunu faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun aylarında notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 520 mln. manat təşkil edib.

Xatırladaq ki, aprelin 30-da faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Elman Rüstəmov bildirmişdi ki, AMB ölkə iqtisadiyyatında likvidliyin dəstəklənməsi məqsədilə sterilizasiya əməliyyatlarının həcmini azaldıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR