AMB "sukuk" emissiyası üçün əsas şərtləri açıqlayıb

AMB "sukuk" emissiyası üçün əsas şərtləri açıqlayıb
# 28 oktyabr 2021 11:05 (UTC +04:00)

Requlyativ çərçivəyə, qanunvericiliyə müvafiq dəyişikliklər tamamlandıqdan, hüquqi baza formalaşdırıldıqdan sonra, Azərbaycanda "sukuk" (islam istiqrazları) emissiyası baş verə bilər.

Bunu "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankının (AMB) Kapital bazarlarına nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda olan hüquqi baza "sukuk"u tam dəstəkləmir.

S. İsmayılov qeyd edib ki, hazırda islam maliyyələşməsi ilə bağlı KOBİA tərəfindən xüsusi layihə hazırlanır, lakin bu layihə çərçivəsində də qanunvericiliyə müvafiq dəyişikliklər aparılmalıdır ki, "sukuk"un ölkədə yerləşdirilməsi üçün requlyativ çərçivə formalaşsın və bu alətin buraxılması mümkün olsun.

Xatırladaq ki, islam maliyyə sekstoru hazırda 2,88 trln. ABŞ dolları qlobal maliyyə aktivlərinə sahibdir. Hesablamalara görə, bu göstəricinin 2024-cü ilədək 3,69 trln. dollara çatacağı gözlənilir.

"Sukuk" investorun likvidliyə ehtiyacı yarandığı, yaxud potensial kapital qazancını əldə etmək istədiyi hallarında təkrar bazarda ticarət edilə bilən alətdir. Həmçinin, "sukuk" böyük infrastruktur və enerji layihələrində ənənəvi maliyyələşmə mexanizmlərinə tamamlayıcı olaraq, hətta bəzi hallarda alternativ maliyyələşmə mexanizmi kimi inkişaf etməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR