AMB uçot dərəcəsini sabit saxlayıb

AMB uçot dərəcəsini sabit saxlayıb
# 18 iyun 2021 17:50 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini sabit saxlanılması haqqında qərar qəbul edib.

"APA-Economics"in xəbərinə görə, bu barədə AMB-nin məlumatında deyilir.

Uçot dərəcəsi 6,25%, faiz dəhlizinin aşağı həddi 5,75%, faiz dəhlizinin yuxarı həddi isə 6,75% səviyyəsində qalıb.

Xatırladaq ki, faiz dәhlizinin parametrlәrinә dair növbəti qərarların verilməsi 30 iyul, 17 sentyabr, 29 oktyabr, 17 dekabr tarixlərində nəzərdə tutulub.

Qeyd edək ki, 30 iyul vә 29 oktyabr tarixlәrindә qәrarın açıqlanması mәtbuat konfransı ilә müşayiәt olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR