AMB: Yeni strategiya nağdsız ödənişlərin xüsusi çəkisini artıracaq

Alim Quliyev

© APA | Alim Quliyev

# 08 dekabr 2021 13:02 (UTC +04:00)

Azərbaycanda keçirilən "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" ölkədə reallaşdırılan ən uğurlu proqramlardan biridir.

Bunu "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, bu proqramın reallaşdırılması dövründə nağdsız ödənişlərin kartlarla aparılan əməliyyatlarda xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb.

"Bu, dayanan proses deyil. Mərkəzi Bankın əsas funksiyalarından biri ödəniş sistemlərinin təkmilləşdirilməsi məsələsidir. Biz artıq 2022-2024-cü illəri əhatə edən xüsusi proqram hazırlamışıq və burada da nağdsız ödənişlərin inkişafı, rəqəmsal transformasiya məsələləri, inklüzivliyin artırılmasını özündə əks etdirən strategiya hazırlanır", - o bildirib.

AMB rəsmisi onu da qeyd edib ki, bu strategiyanın reallaşdırılması növbəti üç ildə bu günlə müqayisədə daha əhəmiyyətli rəqəmlərə gətirib çıxardacaq. A. Quliyev əlavə edib ki, nağdsız ödənişlərin çəkisi üç il əvvəl 5% idisə, hazırda 30% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR