Anar Kərimov: “İşsizlikdən sığorta ödənişinin əhatə dairəsi genişləndiriləcək” 

Anar Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov

© APA | Anar Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov

# 17 noyabr 2021 13:08 (UTC +04:00)

“2022-ci ildə işsizlikdən sığorta ödənişinin əhatə dairəsi daha da genişləndiriləcək”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Nazir müavini bildirib ki, 2022-ci ildə ölkədə 4 regional iri əmək yarmarkası və digər işlərin təşkil olunması nəzərdə tutulur: “Növbəti ildə də məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması işi davam etdiriləcək. Vahid əmək münasibətləri platforması və ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət və səyyar yoxlama sistemləri, elektron əmək birjası və yarmarkası, ictimai işlər portalı, bazar innovativ platforması üzrə işlər tamamlanacaq. Bu, elektron xidmətlər ölkənin bütün insan resursları əməliyyatlarının tamamilə elektron müstəviyə keçidini, inzibati ərazi vahidləri üzrə məşğulluq, əmək ehtiyatları göstəricilərinin onlayn müstəviyə daşınmasını təmin edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR