"Apple Pay" artıq ABB kart sahibləri üçün əlçatan oldu®

"Apple Pay" artıq ABB kart sahibləri üçün əlçatan oldu®
# 02 noyabr 2021 11:59 (UTC +04:00)

“iPhone” və “Apple Watch” ilə ödənişin daha təhlükəsiz, əmin və məxfi yolu

Bu gündən etibarən ABB kart sahibləri “Apple Pay” vasitəsilə ödəmələri daha təhlükəsiz, əmin və məxfi şəkildə edə bilərlər. “Apple Pay” istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pulu əldən-ələ ötürmədən ödəniş etmək imkanı qazanırlar. Hər bir əməliyyatın təhlükəsizliyi “iPhone”nun innovativ texnologiyaları ilə təmin olunur.

Ödənişi həyata keçirmək üçün müştəri sadəcə “iPhone” telefonunu və ya “Apple Watch” saatını ödəniş terminalına yaxınlaşdırmalıdır.

“Apple Pay” vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu “Face ID”, “Touch ID” və ya cihazın parolu ilə təsdiq etməlidir və bundan əlavə, bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodundan istifadə olunur. “Apple Pay” ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz.

Bundan əlavə, müştərilər “Apple Pay” vasitəsilə “iPhone”, “iPad” və “Mac” cihazlarına yüklənmiş tətbiqlərdə və ya “Safari” internet brouzerlərində açılmış saytlarda rahat və sürətli alış-veriş edə bilərlər – artıq qeydiyyatdan keçməyə və mürəkkəb formaları doldurmağa lüzum qalmır. “Apple Pay” ilə yemək və ərzaq çatdırılması, onlayn alış-veriş, biletlər əldə etmək və digər ödənişlər aparmaq çox rahatdır. “Apple Pay”dən həmçinin “Apple Watch” tətbiqlərində ödəmələr etmək üçün istifadə oluna bilər.

Təhlükəsizlik və məxfilik “Apple Pay”in əsasında durur. Siz kredit və ya debit kartınızı “Apple Pay”ə əlavə etdikdə kart nömrələri nə cihazınızda, nə də “Apple” serverlərində saxlanılır. Əvəzində ona unikal cihaz qeydiyyat nömrəsi verilir, sonra o şifrlənir və cihazınızın yüksək sənaye standartlarına cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz element” çipində əminliklə saxlanılır.

“Apple Pay”i sazlamaq çox asandır. Sadəcə “iPhone”da “Wallet” (“pul kisəsi”) tətbiqinə daxil olub, + (“üstəgəl”) işarəsini basıb oradakı təlimatlara əsasən ABB kredit və ya debit kartını əlavə etmək kifayətdir. Kart “iPhone”, “Apple Watch”, “iPad” və ya “Mac” cihazına əlavə olunan andan müştəri həmin cihazda “Apple Pay”dən istifadə edə bilər. Müştəri ABB-nin öz kart sahiblərinə verdiyi bonus və endirimlərdən yararlanmağa davam edir.

“Apple Pay” barədə daha ətraflı http://www.apple.com/apple-pay/ saytından tanış ola bilərsiniz. ABB haqqında daha ətraflı məlumat burada: https://abb-bank.az/.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR