ARDNF bu il büdcəyə proqnozdan 20% az vəsait transfert edib

ARDNF-nin inzibati binası

© APA | ARDNF-nin inzibati binası

# 21 oktyabr 2021 10:23 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 18 947,9 mln. manat təşkil etməklə, 17 711,9 mln. manat xərclərindən 1 236 mln. manat artıq olub.

"APA-Economics"in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumatına görə, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən 7 309,7 mln. manat və ya proqnoza nisbətdə 1 840,3 mln. manat (20,1%) az vəsait daxil olub.

Qeyd edək ki, Neft Fondunun transfertlərinin büdcəyə azaldılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin doqquz ayı ərzində mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabına baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR