ARDNF investisiya portfelində qızıl aktivlərinin payını artıb

ARDNF investisiya portfelində qızıl aktivlərinin payını artıb
# 27 iyul 2021 12:59 (UTC +04:00)

Bu ilin II rübünün nəticələrinə görə, Azərbaycan Respublikası Dövlət Neft Fonunun (ARDNF) investisiya portfelində qızıl aktivlərinin həcmi artmasa da (101,8 ton), payı 12,9%-dən (2021-ci ilin I-сi rübünün nəticələrinə görə) 13,1%-ə yüksəlib.

"APA-Economics"-in xəbərinə görə, barədə ARDNF-nin 2021-ci ilin II rübünün nəticələrinə görə investisiya fəaliyyətinin yekunlarına dair dərc etdiyi təqdimatda deyilir.

Qeyd edək ki, 2021-ci il iyunun 30-a Fondun aktivləri 2021-ci ilin əvvəlinə (43,564.3 mln.ABŞ dolları) nisbətən 1.24% artaraq 44,104.9 mln.ABŞ dolları təşkil edib. Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.

Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR