ARDNF-nin aktivləri üzrə proqnoz və neftin qiymətinə həssaslığı açıqlanıb

ARDNF-nin inzibati binası

© APA | ARDNF-nin inzibati binası

# 06 noyabr 2021 11:18 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi cari ili sonuna 43,3 mlrd. ABŞ dollar təşkil edəcəyi gözlənilir.

"APA-Economics"in məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Qeyd edilir ki, Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertləri 12,710 mlrd. manat təşkil edir və neft qiymətlərinin azalması Fondun gəlirlərini azaltmağla aktivlərinin daha sürətli tükənməsinə gətirib çıxara bilər.

Neftin bir barelinin ortaillik qiyməti 50 ABŞ dolları olacağı ssenaridə 2022-ci ilin sonuna Fondun aktivlərinin 42 mlrd. dollara qədər azalacağı güman edilir. 40 dollar ssenarisində aktivlərin 40,4 mlrd. dollara qədər, 30 dollar ssenarisində isə aktivlərin 38,9 mlrd. dollara qədər enəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, 2021-ci il sentyabr ayının 30-a ARDNF-nin aktivlərinin həcmi 44,226 mlrd. dollar təşkil edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR