ARDNF-nin aktivlərinin gəlirliyi azalacaq

ARDNF-nin aktivlərinin gəlirliyi azalacaq
# 06 dekabr 2021 13:58 (UTC +04:00)

2022-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 715,8 mln. ABŞ dolları və ya 1,217 mlrd. manat olması proqnozlaşdırılır ki, bu da 2020-ci il ilə müqayisədə 761,8 mln. manat və ya 38,5% az, 2021-ci ilin proqnoz göstəricisindən 457,1 mln. manat və ya 60,2% çox, 2021-ci ilin gözlənilən icra göstəricisindən 265,6 mln. manat və ya 17,9% azdır.

"APA-Economics"in məlumatına görə, bu barədə Hesablama Palatasının ARDNF-nin 2022-ci il büdcəsinin layihəsinə verdiyi rəydə deyilir.

Rəydə bildirilir ki, 2022-ci il üçün orta illik gəlirlilik göstəricisinin 1,7% (borc öhdəlikləri və pul bazarları alətləri üzrə gəlirlilik 0,74%, səhm portfeli üzrə gəlirlilik 4,71%, daşınmaz əmlak portfeli üzrə gəlirlilik 5,2%) səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2021-ci ilin proqnoz göstəricisindən (1,09%) 0,61% çox, cari ilin 9 aylıq icra göstəricisindən (3,1%) isə 1,4% azdır.

Qeyd edək ki, 2021-ci ilin 9 ayı üzrə Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən 1,333 mlrd. dollar və ya 2,266 mlrd. manat məbləğində gəlir əldə edib və beləliklə aktivləri gəlirliliyi 3,1% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR