ARDNF pandemiyanın əvvəlindən hərraclarda 9,4 mlrd. dollar satıb - QRAFİK

ARDNF pandemiyanın əvvəlindən hərraclarda 9,4 mlrd. dollar satıb - QRAFİK
# 01 noyabr 2021 11:50 (UTC +04:00)

Bu ilin oktyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 539,9 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankı (AMB) və ARDNF-nin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici cari ilin sentyabr ayı ilə müqayisədə 4,5%, ötən ilin eyni ayı ilə müqayisədə isə 3,6% azalıb.

Beləliklə, cari ilin yanvar-oktyabr aylarında Neft Fondu valyuta hərraclarında 4,845 mlrd. dollar satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,5% azdır.

Qeyd edək ki, COVID-19 pandemiyasının əvvəlindən (ötən ilin aprel ayı) banklara hərraclarda 9,377 mlrd. dollar satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR