Avronun manata qarşı məzənnəsi 15 aylıq minimuma enib

Avronun manata qarşı məzənnəsi 15 aylıq minimuma enib
# 01 noyabr 2021 10:50 (UTC +04:00)

Noyabrın 1-də avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,9632 manat təşkil edib. Bu, ötən ilin 22 iyul tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.

"APA-Economics"in hesablamalarına görə, sonuncu dəfə avronun manata qarşı bundan aşağı məzənnəsi 2020-ci ilin iyulun 22-də qeydə alınıb – 1,9615 manat.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləyib. Həmin tarixdən avro manata nisbətdə 6,3% ucuzlaşıb.

Ötən həftənin cümə günü avronun dollara qarşı da ucuzlaşması qeydə alınıb, nəticədə avro dollara qarşı 1%-dən çox ucuzlaşıb (1 dollar = 1,1609 avro) və bu, 2020-ci ilin mart ayından bəri qeydə alınan ən kəskin günlük azalma olub.

Ötən həftə qlobal valyuta bazarları volatilliklə seçilib və cari həftənin də istisna olmayacağı gözlənilir. Belə ki, bu həftə FED-in, İngiltərə Bankının ("Bank of England") və Avstraliya Ehtiyat Bankının monetar siyasət üzrə gözlənilən görüşləri bazara daha çox volatillik gətirə bilər.

Hazırda (Bakı vaxtı ilə 10:50-də) avronun dollara qarşı məzənəsi 1,1557 dollara bərabərdir. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə görə, dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 Rusiya rublu 0,0239 manata, 1 türk lirəsinin məzənnəsi isə 0,1771 manata bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR