Avropa Komissiyası qlobal ÜDM üzrə proqnozunu yaxşılaşdırıb

Avropa Komissiyası qlobal ÜDM üzrə proqnozunu yaxşılaşdırıb
# 11 noyabr 2021 14:36 (UTC +04:00)

Avropa Komissiyası 2021-ci il üçün qlobal ÜDM artımı üzrə gözləntilərini may ayındakı 5,6%-dən 5,7%-ə yüksəldib.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının iqtisadiyyat üzrə payız proqnozunda deyilir.

2022-ci il üzrə isə proqnoz 4,3%-dən 4,5%-ə qaldırılıb.

Hesabata görə, inkişaf etmiş iqtisadiyyatların 2021-ci il üçün artım proqnozu 5,4% səviyyəsində olaraq saxlanılıb ki, bu da xidmət sektorunun canlanmış fəaliyyətini və dayanıqlı dəstəyi əks etdirir.

"Lakin bəzi hallarda bərpa daha az nəzərə çarpacaq və bu, 2022-ci ilin göstəricilərinə təsir edəcək", - hesabatda deyilir.

2022-ci ildə inkişaf etmiş iqtisadiyyatlarda ÜDM-in artım tempinin 3,9%-dək, 2023-cü ildə isə 2,4%-dək qədər yavaşlayacağı vəd edilir.

İnkişafda olan ölkələrə gəldikdə, hesabatda proqnozlaşdırılır ki, sözügedən ölkələrin iqtisadiyyatları bu il 6%, 2022-ci ildə 4,8%, 2023-cü ildə isə 4,4% böyüyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR