Avropa zavodlarında işəgötürmə tempi rekord səviyyəyə çatıb

Avropa zavodlarında işəgötürmə tempi rekord səviyyəyə çatıb
# 02 avqust 2021 15:10 (UTC +04:00)

Avrozonada yerləşən zavod və fabriklər sürətlə artan sifariləşlərlə əlaqadar yeni işçilərin sayını kəskin artırır.

"APA-Economics" xəbər verir ki, Britaniya məlumat təminatçısı olan "IHS Markit"in apardığı araşdırmaya görə, sürətlə stabil şəkildə artan sifarişlərin yerinə yetirilməsi üçün Avrozonada yerləşən zavod və fabriklərin işəgötürmə statistikasında rekord temp müşahidə olunur. Sözügedən tendensiyanın ən güclü müşahidə olunan yerləri Almaniya və Avstriyanın əmək bazarları göstərilir.

Qeyd edək ki, dünya ölkələrinin iqtisadiyyatının COVID-19 pandemiyasından bərpası ilə birlikdə Avropadakı zavod və fabriklər də artıq tam sürətlə işləyir. Bundan əlavə, Avropa Mərkəzi Bankının yeni proqnozuna görə, cari rübdə istehsalın güclü artımı baş verəcək, lakin pandemiyanın yeni dalğasının tədarük məhdudiyyətlərinə və iqtisadi bərpanı ləngiməsinə gətirib çıxara bilər.

"IHS Markit"in iqtisadçısı Kris Uilliamson (Chris Williamson) bildirir ki, istehsalçılar və onların tədarükçüləri istehsalı tələbatı ödəyəcək qədər sürətli bir şəkildə qaldırmağa çalışırlar və bu da öz növbəsində qiymətlərəm mənfi təsir edir.

Xatırladaq ki, "Eurostat"ın dərc etdiyi son məlumatlara görə, Avrozonada işsizlik səviyyəsi iyunda 7,7% səviyyəsində olub və bu may ayı ilə müqayisədə 0,3 faiz bəndi azdır. Ölkələrə gəldikdə, iyunda ən aşağı işsizlik səviyyəsi Çexiyada (2,8%), Niderlandda (3,2%), Polşada (3,6%), Maltada (3,6%) və Almaniyada (3,7%) olub. İşsizliyin ən yüksək olduğu ölkələr isə Yunanıstan (15,5%), İspaniya (15,1%) və İtaliya (9,7%) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR