Avropada yüksək inflyasiya gözləniləndən daha çox davam edə bilər

Avropada yüksək inflyasiya gözləniləndən daha çox davam edə bilər
# 11 noyabr 2021 17:12 (UTC +04:00)

Avropada inflyasiya səviyyəsi bu il bir qədər də artacaq. Belə ki, yüksək inflyasiya səviyyələri ilkin gözləniləndən daha uzun müddət sürəcəyi proqnozlaşdırılır.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Avropa Mərkəzi Bankının sonuncu iqtisadi bülletenində deyilir.

Sözügedən yüksək inflyasiya səviyyəsinin səbəbləri kimi, Avropada enerji qiymətlərinin kəskin artması, iqtisadiyyatın yenidən açılmasından sonra tələbin bərpası və bundan əlavə, Almaniyada ƏDV güzəştlərinin başa çatması göstərilir.

Lakin Avropa Mərkəzi Bankı qeyd edib ki, inflyasiyaya yüksəldici təsir göstərən amillər 2022-ci ildə yumşalacaq, iqtisadiyyat tam gücünə qayıdacaq və əməkhaqların artımı gözlənilir. Bundan əlavə, bank ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonuna – 2% səviyyəsinə dönəcəyini bildirib.

Xatırladaq ki, Avropa İttifaqında sentyabrda illik inflyasiya 3,6% təşkil edib. Avrozonada bu göstərici 3,4%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR