Avrozonada inflyasiya noyabrda 4,9%-dək sürətlənib

Avrozonada inflyasiya noyabrda 4,9%-dək sürətlənib
# 30 noyabr 2021 16:21 (UTC +04:00)

Avrozonada illik inflyasiyanın noyabrda 4,9% olacağı gözlənilir ki, bu da əvvəlki ayla müqayisədə 0,8 faiz bəndi çoxdur və bazar gözləntilərindən xeyli yüksəkdir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Eurostat"ın dərc etdiyi ilkin hesabatda deyilir.

Qeyd olunur ki, bu cür inflyasiya əsasən enerji qiymətlərinin artımı hesabına olacaq. Belə ki, noyabrda enerji qiymətlərinin 27,4% artacağı proqnozlaşdırılır. Oktyabrda bahalaşma 23,7% olub.

Bundan başqa, noyabrda ödənişli xidmətlərin 2,7%, qeyri-enerji sənaye məhsullarının 2,2%, ərzaq məhsulları, alkoqol və tütün məhsullarının isə 2,2% bahalaşması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR