AYİB-in Azərbaycan üzrə aktiv portfeli azalıb, layihələrin sayı artıb

AYİB-in Azərbaycan üzrə aktiv portfeli azalıb, layihələrin sayı artıb
# 22 iyun 2021 17:55 (UTC +04:00)

Bu ilin mayın 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 36 layihə üzrə 1,124 mlrd. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (aprelin 30-u) 2,5% azalıb. Lakin aktiv layihələrin sayı mayda 35-dən 36-ya yüksəlib.

Bu barədə "APA-Economics"ə AYİB-dən bildirilib.

Qeyd olunub ki, portfelin 77%-i (869 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 21%-ni (235 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 2%-ni (20 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi may ayı ərzində 2,8% azalaraq 986 mln. avroya enib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 177 layihə üzrə 3,089 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 84,1%-i (2,597 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 23%-i özəl sektorun payına düşüb.

Xatırladaq ki, təkcə 2020-ci ildə bank Azərbaycana 6 layihə üzrə 17 mln. avro həcmində investisiya yatırıb. Ayrılan vəsaitin həcmi 2019-cu il ilə müqayisədə dəyişməyib, lakin layihələrin sayı 5-dən 6-ya yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR