AYİB: Şərqi Avropa və Qafqaz regionunda iqtisadi artım tempi sürətlənir - CƏDVƏL

AYİB: Şərqi Avropa və Qafqaz regionunda iqtisadi artım tempi sürətlənir - CƏDVƏL
# 04 noyabr 2021 11:52 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) görə, Şərqi Avropa və Qafqaz regionunda iqtisadi artım tempi sürətlənsə də, ölkələr üzrə bərpa sürəti xeyli fərqlidir.

"APA-Economics"in bankın "Regional İqtisadi Perspektivlər" adlı hesabatına istinadən verdiyi məlumata görə, bank sözügedən regionun bu il üçün iqtisadi artım gözləntisini 0,8 faiz bəndi yüksəldərək 3,6%-ə çatdırıb, 2022-ci il üçün isə proqnozunu isə 0,1 faiz bəndi azaldaraq 2,9%-ə endirib.

Qeyd edilir ki, neft-qaz ixrac edən Azərbaycan və neft məhsulları ixrac edən Belarus bazardakı yüksək qiymətlərdən bəhrələnərək gözləniləndən daha güclü artıma nail olurlar. Neft-qaz idxal edən ölkələrdə isə (Ermənistan, Gürcüstan, Moldova) iqtisadiyyat sürətli şəkildə bərpa olsa da, bahalaşan karbohidrogenlər və artan COVID-19 halları bu ölkələrin artım perspektivlərini 2021-ci ilin sonuna – 2022-ci ilin əvvəlinə pisləşdirə bilər.

Bank güman edir ki, bu mənfi təsirlər Rusiyadan artan pul köçürmələri və onların daxili istehlaka, xidmətlərə və daşınmaz əmlak sektorlarına təsiri ilə kompensasiya edilə bilər.

Qeyd edək ki, AYİB Şərqi Avropa və Qafqaz regionuna Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukraynanı aid edir.

AYİB-in Şərqi Avropa və Qafqaz regionu ölkələri üzrə ÜDM-in artım templərinə dair proqnozu:

Ölkələr

ÜDM-in artım tempi

2021-ci il

2022-ci il

Azərbaycan

4%

3,2%

Gürcüstan

7,5%

5,5%

Ermənistan

5%

5,3%

Belarus

2%

0,2%

Moldova

7%

4%

Ukrayna

3,5%

3,5%

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR