Sığortaolunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman az ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda müəyyən edilmiş sığorta məbləğinin (11 min manat) 15%-i qədər sığorta ödənişi veriləcək.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş siyahıya uyğun müəyyən ediləcək.
Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş sığorta ödənişi nəzərə alınmaqla ödəniləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Az ağır xəsarət alan hərbçilərə sığorta məbləğinin 15%-i qədər sığorta ödənişi verilməsi təklif olunur
17 noyabr 2021 16:29 (UTC +04:00)
Maliyyə
Gömrük orqanlarının vəzifəli şəxslərinə köçməklə əlaqədar xərclər və birdəfəlik kompensasiya ödəniləcək
12:56
23 aprel 2024
Mehmet Şimşək: Türkiyədə inflyasiya sürətlə aşağı enəcək
12:55
23 aprel 2024
Yeni dövlət rüsumu müəyyənləşir
12:54
23 aprel 2024
ARDNF-nin dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 146 mlrd. manatı ötüb
12:03
23 aprel 2024