Azərbaycan AYİB-in illik toplantısına qatılıb - FOTO

Azərbaycan AYİB-in illik toplantısına qatılıb - FOTO
# 29 iyun 2021 15:29 (UTC +04:00)

Sabah Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 30-cu İllik Toplantısı başlayır. "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, tədbirdə COVID-19 pandemiyasının təsirləri və iqtisadiyyatın bərpası istiqamətində müəyyənləşdirilmiş hədəflər barədə məlumat veriləcək.

"Ölkəmiz AYİB ilə uğurlu əməkdaşlıq edir. Bank tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 177 layihə üzrə 3 mlrd. avrodan çox investisiya yatırılıb. Toplantı ərəfəsində AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterink və həmkarları ilə Azərbaycan və maliyyə qurumu arasında tərəfdaşlığın genişləndirilməsi, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının reallaşdırılmasında Bankın iştirakı barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR