Azərbaycan AYİB-lə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib

Azərbaycan AYİB-lə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib
# 30 iyun 2021 14:33 (UTC +04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink və həmkarları ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycanın AYİB-lə əlaqələrin inkişafına önəm verdiyi və uğurlu əməkdaşlıq etdiyi vurğulanıb. Bankla birgə həyata keçirilən layihələr iqtisadiyyatın şaxələndirilməsinin təşviqi və qabaqcıl təcrübənin ölkədə tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. AYİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 177 layihə üzrə 3 mlrd. avrodan çox investisiya yatırılıb.

İqtisadiyyat naziri Azərbaycanın sosial-iqtisadi prioritetləri barədə məlumat verib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində işğaldan azad olunmuş ərazilərin bərpasında və ölkə iqtisadiyyatına reinteqrasiyasında Bankın iştirak imkanlarını diqqətə çatdırıb. Bildirilib ki, AYİB-lə Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığın inkişafı, həmçinin dövlət-özəl tərəfdaşlığı, “yaşıl iqtisadiyyat” və bərpa olunan enerji üzrə əlaqələrin gücləndirilməsi potensialı böyükdür.

Öz növbəsində, Yurgen Riqterink AYİB-in Azərbaycanla uzunmüddətli və səmərəli tərəfdaşlığını vurğulayıb, ölkənin geniş iqtisadi potensialının əlaqələrin möhkəmləndirilməsinə əlverişli zəmin yaratdığını və qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləmək niyyətini qeyd edib.

AYİB-in Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone və Qafqaz üzrə regional direktoru xanım Katarina Byorlin Hansenin də iştirak etdiyi görüşdə Azərbaycan-AYİB tərəfdaşlığının genişləndirilməsi istiqamətləri, AYİB-in 30-cu illik toplantısı və Biznes Forumu barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR