Azərbaycan bu il dövlət borcunun ödənilməsinə 883 mln. manatdan çox vəsait yönəldib

Azərbaycan bu il dövlət borcunun ödənilməsinə 883 mln. manatdan çox vəsait yönəldib
# 22 iyul 2021 17:18 (UTC +04:00)

Bu ilin ilk altı ayı ərzində Azərbaycanın dövlət büdcəsinin xərcləri 12 070,8 mln. manat proqnoza qarşı 11 590,5 mln. manat və ya 96% icra edilib.

"APA-Economics"in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, dövlət büdcəsi xərclərinin 7 654,9 mln. manatı və ya 66%-i cari xərclərə, 3 052,1 mln. manatı və ya 26,4%-i əsaslı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 500,2 mln. manat və ya 19,6% çox), 883,5 mln. manatı və ya 7,6%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 mln. manat və ya 0,3% çox) yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR