Azərbaycan büdcəsinə gələn il vergi və rüsumlardan 13 mlrd. manatdan çox vəsait daxil olacaq - CƏDVƏL

Azərbaycan büdcəsinə gələn il vergi və rüsumlardan 13 mlrd. manatdan çox vəsait daxil olacaq - CƏDVƏL
# 08 noyabr 2021 16:44 (UTC +04:00)

2022-ci ildə Azərbaycan dövlət büdcəsinə Dövlət Vergi Xidməti (DVX) və Dövlət Gömrük Komitəsi (DGK) üzrə müvafiq olaraq 8,820 mlrd. manat və 4,260 mlrd. manat vəsaitin daxil olacağı proqnozlaşdırılır.

"APA-Economics"in Maliyyə Nazirliyinin 2022-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrinə istinadən verdiyi məlumata görə, nəticədə, 2022-ci ildə ümumilikdə vergi və rüsumlardan 13,026 mlrd. manat vəsaitin dövlət büdcəsinə daxil olacağı nəzərdə tutulub. Bu, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 3,3% çoxdur.

Azərbaycan dövlət büdcəsinə DVX və DGK xətti ilə proqnozlaşdırılan daxilolmaların strukturu:

Vergi və rüsümlar üzrə daxilolmalar, mln. manat

2022-ci il üzrə icra proqnozu

2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisə

Dövlət Vergi Xidməti

8 820

4,5%

Fiziki şəxslərin gəlir vergisi

1 485

16,9%

Hüquqi şəxslərin mənfəət vergisi

2 670

-

Əlavə dəyər vergisi (ƏDV)

2 368,7

7,6%

Sadələşdirilmiş vergi

200

30,6%

Aksizlər

1 106,8

23,4%

Hüquqi şəxslərin əmlak vergisi

236

11,9%

Mədən vergisi

142

2,9%

Hüquqi şəxslərin torpaq vergisi

46

2,2%

Dövlət rüsumu

363,5

2,1 dəfə

Yol vergisi

76,5

3,4%

İcarə

9

12,5%

Topdansatış qiymət arasındakı fərq

95,4

11,7%

Sair daxilolmalar

21,1

-

Dövlət Gömrük Komitəsi

4 260

2,3%

Gömrük rüsumu

1 150

2,7%

ƏDV

2 910

2,1%

Aksizlər

160

3,2%

Yol vergisi

40

0%

CƏMİ

13 026

3,3%

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR