Azərbaycan əhalisi bu il ərzaq, içki və siqaretə 6,6 mlrd. manat xərcləyib

Azərbaycan əhalisi bu il ərzaq, içki və siqaretə 6,6 mlrd. manat xərcləyib
# 17 may 2021 14:42 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 6 603,8 mln. manat xərcləyib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 7% və ya 434,1 mln. manat artıb.

Cari ilin aprel ayında satışların həcmi 1 426,2 mln. manat təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 27,7% və ya 546,4 mln. manat azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 54,9%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarına alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisinə nisbətdə 1,3 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR