Azərbaycan əhalisi bu il içki və siqaretə 1,4 mlrd. manata yaxın vəsait xərcləyib

Azərbaycan əhalisi bu il içki və siqaretə 1,4 mlrd. manata yaxın vəsait xərcləyib
# 10 sentyabr 2021 16:04 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1,378 mlrd. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,6% artıb.

Cari ilin təkcə avqust ayında sözügedən göstərici 174,7 mln. manat təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 9,5% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,2%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR