Azərbaycan əhalisi bu il ödənişli xidmətlərə 3,5 mlrd. manat xərcləyib

Azərbaycan əhalisi bu il ödənişli xidmətlərə 3,5 mlrd. manat xərcləyib
# 15 iyul 2021 10:31 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3% artaraq 3 535,1 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2 690,3 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,1%-ni təşkil edib.

Cari ilin yanvar-iyun aylarında hər bir ölkə sakini orta hesabla 353,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 17,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR